...

Leo Platfoed: "MSK sədri ilə müzakirələrdə razılaşmadığımız bəzi məqamlar oldu"

Siyasət Materials 27 Aprel 2006 16:11 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini müşahidə missiyasının nümayəndələri aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. Trend in məlumatına görə, MSK-da keçirilən görüşdən sonra Müşahidə Missiyasının rəhbəri Leo Platfoed jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki, görüşdə geniş müzakirələr aparılıb, əsasən ötən il keçirilən parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş mindən çox şikayət barəsində danışılıb. Ümumiyyətlə, bu şikayətlərə baxılıb-baxılmaması və yaxud hansı şəkildə baxılması məsələsi ilə bağlı müzakirə aparılıb: "Bu müzakirlərdə biz bəzi məqamlarla razılığa gəlmədik. Təkrar seçkilərdə barmaqların mürəkkəbə batırılması metodunun tətbiq olunacağı barədə mənə məlumat verildi. Həmçinin seçki komissiyalarının tərkibi haqqında da danışıldı. Bildirdik ki, bu məsələ ilə bağlı müəyyən şikayətlər var. Bizə məlumat verildi ki, bu şikayətlər araşdırılacaq".

MSK sədri ilə razılaşmadıqları məqamların nədən ibarət olmasına aydınlıq gətirərkən L.Platfoed bildirib ki, onlara daxil olan məlumata görə, MSK-ya 1000 şikayət verilib və bu şikayətlərdən 500-nə baxılmasından imtina edilib. Lakin MSK rəhbərliyi bu məlumatla razılaşmadı və dedi ki, quruma daxil olan bütün şikayətlərə baxılıb: "Bu səbəbdən çox mürəkkəb müzakirələr aparıldı".

Xəbər lenti

Xəbər lenti