13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı 136-dan 133 nəfərə enib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Aprelin 28-də 3 nəfər namizəd seçki marafonundan uzaqlaşıb. Belə ki, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən bir nəfər deputatlığa namizəd - bitərəf Məhiyəddin Abdullayev özü namizədliyini geri götürüb. 31 saylı Suraxanı ikinci seçki dairəsindən isə iki nəfərin - bitərəflər Xaliq Əhmədzadə və Ülviyyə Seyidovanın namizədliyi Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.