...

Sabir Rüstəmxanlı: "Milli Məclisdə soyadlarımızın nizamlanması ilə bağlı qanunun qəbuluna ehtiyac var"

Siyasət Materials 2 May 2006 13:31 (UTC +04:00)

Milli Məclisdə soyadlarımızın nizamlanması ilə bağlı qanunun qəbuluna ehtiyac var. Bu barədə Trend ə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, soyadlamızın yazılması ilə bağlı vahid formada sənədin qəbulu bu boşluğu doldura bilər: "İstənilən şəxs öz soyadının sonunda müxtəlfi şəkilçilər artırır. Bunu tənzimləmək üçün qanun olmalıdır". Partiya sədri onu da qeyd edib ki, mədəniyyətimizin inkişafı, mənəvi dəyərlərimizin qorunması, stimullaşdırılması ilə bağlı Milli Məclisin müzakirəsinə çıxarılacaq qanun layihələri çoxdur.

S.Rüstəmxanlı "Təhsil haqqında" qanunun yenidən qəbul olunmamasından narahatlığını da ifadə edib. Bildirib ki, hazırda təhsil sahəsində mövcud olan boşluqlar adıçəkilən qanunun qəbulundan sonra doldurula bilər.

Xəbər lenti

Xəbər lenti