...

Mayın 3-dən Avropa Şurası Xüsusi Komitəsinin seçkiqabağı müşahidə missiyasının üzvləri Bakıya gələcək

Siyasət Materials 3 May 2006 18:39 (UTC +04:00)

Milli Məclisə mayın 13-də keçiriləcək təkrar seçkiləri izləmək üçün Avropa Şurasının Xüsusi Komitəsinin seçkiqabağı müşahidə missiyasının üzvləri mayın 3-dən Azərbaycana gəlməyə başlayıb. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.

Qeyd olunub ki, AŞPA-nın Azərbaycanda keçiriləcək təkrar seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoyetin rəhbərlik etdiyi bu qrupda 20 nəfərdən çox avropalı deputat olacaq. Onlar təkrar seçkilərin keçiriləcəyi dairələrdə olacaq, seçkilərə hazırlığın vəziyyətini öyrənəcək, mayın 13-də isə seçicilərin fəallığını və səsvermənin gedişini izləyəcəklər.

Müşahidəçilər sonda seçkilərin nəticələrinə dair məruzə hazırlayacaq və bu sənəd AŞPA-nın iyun sessiyasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti