...

Azərbaycan XİN başçısı İƏT baş katibi ilə görüşüb

Siyasət Materials 4 May 2006 13:21 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asxat Orazbayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend Azərbaycan XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Nümayəndə heyəti İƏT ölkələrinin rəhbərləri və hökumət başçılarının 9-cu zirvə toplantısı və təşkilatın xarici işlər nazirlərinin 16-cı görüşünün təşkili üçün göstərilən köməkliyə görə nazirə öz təşəkkürünü bildirib.

İƏT-ın zirvə toplantısının gündəliyinin artıq hazır olduğunu bildirən A.Orazbay digər sənədlərin də yekunlaşmaq üzrə olduğunu qeyd edib.

Elmar Məmmədyarov belə yüksək səviyyəli tədbirlərin keçirilməsinin ölkəmiz üçün mühüm önəm daşıdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti