...

Azərbaycan prezidenti Özbəkistan parlamenti qanunvericilik palatasının sədrini qəbul edib

Siyasət Materials 4 May 2006 21:04 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Özbəkistan parlamenti qanunverici palatasının sədri Erkin Xəlilovu qəbul edib. Palatanın sədri Özbəkistan prezidenti İslam Kərimovun səmimi salamlarını İ.Əliyevə çatdıraraq bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir.
O, həmçinin, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib.

Azərbaycan prezidenti öz növbəsində Özbəkistan həmkarına iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti