...

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 29 cinayət işi var

Siyasət Materials 8 May 2006 13:43 (UTC +04:00)

Hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 29 cinayət işi var. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Həmin cinayət işləri bir sıra dövlət idərələrinin fəaliyyətində aşkar edilmiş korrupsiya hallarına dairdir.

2006-cı ilin əvvəlindən mart ayına qədər isə İdarə tərəfindən məhkələrə 16 cinayət işi göndərilib. Həmin məhkəmə baxışlarının bir qismi artıq yekunlaşıb və korrupsiya hallarında təqsirləndirilən şəxslər barədə məhkəmələr tərəfindən müvafiq cəzalar təyin edilib.

Xəbər lenti

Xəbər lenti