...

İsa Qəmbər: "Müsavat Partiyasının növbəti qurultayında yenidən başqan seçilmək səlahiyyətimdən istifadə edəcəyəm"

Siyasət Materials 11 May 2006 15:11 (UTC +04:00)

Müsavat Partiyasının növbəti qurultayında yenidən başqan seçilmək səlahiyyətimdən istifadə edəcəyəm. Trend xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər mayın 11-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, adıçəkilən partiyanın III qurultayı mayın 29-da keçiriləcək. İ.Qəmbər bildirib ki,

2001-ci ildə partiyanın nizamnaməsinə edilən dəyişkliyə əsasən, rəhbər orqanlara bir şəxs iki müddətdən artıq seçilə bilməz: "Bu baxımdan mənim hələ bir müddət başqan seçilmək hüququm var və növbəti qurultayda bu səlahiyyətdən istifadə etmək niyyətindəyəm".

Qurultayda yeniliklərin nəzərdə tutulduğunu deyən başqan partiyanın nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin olacağını da bildirib: "Biz təklif edəcəyik ki, bütün kollegial seçkili orqanlarda qadınlara 25 faizlik kvota ayrılsın. Bu qədər yer qadınlar üçün yalnız partiyanın Məclisində ayrılmışdı. Ümid edirəm ki, bu dəyişiklik qurultay nümayəndələri tərəfindən qəbul ediləcək".

İ.Qəmbər onu da bildirib ki, təəssübkeş institutunun formalaşdırılması da qurultayda nəzərdə tutulub. Başqan bildirib ki, partiyanın çoxlu sayda təəssübkeşi var. Məlum institutun yaradılması onların fəaliyyətini tənzimləyəcək.

Xəbər lenti

Xəbər lenti