...

"Exit-poll"un ilkin nəticələri artıq IRI-nin Bakıdakı mərkəzi ofisinə daxil olub

Siyasət Materials 13 May 2006 13:31 (UTC +04:00)

"Exit-poll"un ilkin nəticələri artıq qeyri-hökumət təşkilatı Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Bakıdakı mərkəzi ofisinə daxil olub. Trend in verdiyi məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ceyson Haylendi IRI mərkəzi ofisinə baş çəkərkən ofisin direktoru Dallas Proribe bildirib.

O qeyd edib ki, informasiya saat 19.00-a kimi Azərbaycanın 10 seçki dairəsindən daxil olacaq. "Exit-poll"un nəticələri üzrə yekun bəyanat isə təşkilatın saytında seçki məntəqələrinin bağlanmasından artıq 2-3 saat sonra yerləşdiriləcək.

"Sorğu prosesi planlaşdırıldığı kimi normada keçir. Düşünürəm ki, hər hansı bir insident baş verməyəcək və biz nəticələri vaxtında dərc edə biləcəyik. Eyni zamanda, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər müdiri ABŞ hökumətinin Azərbaycanda demokratik institutların inkişafı üçün mümkün olan hər şeyi etdiyini qeyd edib.

"Amerika hökuməti təkrar parlament seçkiləri ərəfəsində Azərbaycanda seminarlar və treninqlər keçirilib, seçki məntəqələri zəruri miqdarda xüsusi şəffaf mürəkkəblə təmin edilib, gördüyünüz kimi, "exit-poll"lar keçirilir. Dünyada olan təcrübə bu cür sorğuların şəffaf və demokratik seçkilərin keçirilməsinə müsbət töhvə verdiyini göstərir".

Xəbər lenti

Xəbər lenti