Mayın 13-də səhər saat 8-dən etibarən parlamentə təkrar seçkiylə əlaqədar paytaxtın iki rayonu ərazisindəki 57 məntəqədə keçirilən səsvermə zamanı hər hansı neqativ halla bağlı Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) məlumat daxil olmayıb. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.
Y.Əliyevin sözlərinə görə, təkrar seçkiylə əlaqədar Suraxanı (27 seçki məntəqəsi) və Binəqədi (30 seçki məntəqəsi) rayonları üzrə səsvermə keçirilir. Səsvermə məntəqələri əsasən orta məktəb binalarında yerləşir və həmin binaların yaxınlığında polis postları qurulub.
"Polis əməkdaşlarının əsas vəzifələrindən biri də "exit-poll" qutusu ətrafında yarana biləcək hər hansı qanunsuz hərəkətin qarşısını almaqdır. Hələlik belə bir hərəkət qeydə alınmayıb" - deyə Y.Əliyev söyləyib.