...

Sergey Kuznetsov: Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyi sahələri müəyyən edir

Siyasət Materials 19 May 2006 16:05 (UTC +04:00)
Sergey Kuznetsov: Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyi sahələri müəyyən edir

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına texniki yardımın göstərilməsi məsələsi Avropa Şurasının Venesiya Komissiyası tərəfindən nəzərdən keçirilir. Hazırda AŞ VK-nın Azərbaycanla əməkdaşlığı davam etdirəcəyi sahələr müəyyən edilir. Bu barədə Trend ə bu gün AŞ VK-nın seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib.

VK-nın nümayəndəsinin sözlərinə görə, yardım göstərilməsi üzrə işlərin aparılması üçün Avropa Şurasının hansısa yuxarı orqanının qərarı lazım deyil. "Azərbaycan MSK-nın müraciəti kifayətdir. Həm də bu məsələ ilə bağlı ilkin görüş keçirilib",-deyə S. Kuznetsov bildirib və bu gün Azərbaycanın MSK-nın 2006-cı il 13 may təkrar parlament seçkilərinin nəticələrinin nəzərdən keçirilməsi ilə məşğul olduğunu qeyd edib.

Azərbaycan MSK-nın daha çox boş vaxtı olanda, daha doğrusu, yaxın aylarda VK tərəfindən texniki yardımın göstərilməsi məsələsinin müzakirəsi də mümkün olacaq",-deyə sonda S. Kuznetsov bildirib.

Bununla yanaşı, VK-nın nümayəndəsi bildirib ki, AŞ PA-nın iyun sessiyasına qədər hansısa konkret müzakirələr və VK ekspertlərinin Azərbaycana səfəri nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bildirmişdi ki, MSK VK-ya daxil olan şikayətlərin baxılması prosesinin təkmilləşdirilməsi üçün texniki yardımın göstərilməsi üçün rəsmi məktub göndərilib.

Xəbər lenti

Xəbər lenti