...

MDB dövlət başçılarının növbəti zirvə görüşü sentyabr-oktyabr aylarında Belarusda keçiriləcək

Siyasət Materials 25 May 2006 14:57 (UTC +04:00)

MDB dövlət başçılarının növbəti iclasının sentyabr-oktyabrda Minskdə (Belarus) keçirilməsi planlaşdırılır.

Trend agentliyinin "Ukrayna Novin"nə istinadən yaydığı məlumata əsasən, bu barədə jurnalistlərə baş nazir müavininin səlahiyyətlərini icra edən Yuriy Melnik xəbər verib.

Onun sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının Düşənbədə keçirilmiş iclasında bir neçə tarix təklif edilib. Melnik vurğulayıb ki, son tarix eyni vaxta təsadüf edən beynəlxalq konfransların tarixi müəyyənləşdikdən sonra dəqiqləşəcək.

Ən çox ehtimal olunan tarix Belarus tərəfinin təklif etdiyi 19-20 oktyabrdır.

Oktyabrın 19-da MDB Xarici İşlər Nazirləri Şurası və Hökumət Başçıları Şurasının, oktyabrın 20-də isə MDB dövlət başçılarının iclasını keçirmək təklif olunub.

2005-ci ilin avqustunda dövlət başçıları Kazanda MDB ölkələrinin zirvə görüşünü keçirib.

Xəbər lenti

Xəbər lenti