...

Gəncə Elektrik Şəbəkəsi şəhərdə abadlıq işləri aparır

Siyasət Materials 8 İyun 2006 13:40 (UTC +04:00)

Gəncə şəhər Elektrik Şəbəkəsi şəhərin abadlaşdırılması istiqamətində işlər görməyə başlayıb. İşlər Şah İsmayıl Xətai prospektində aparılır. Əvvəlcə bu küçədə olan 93, 58 və 68 saylı binaların balkonlarına lambirin örtük çəkilir. Sonra isə fasadlar rənglənəcək.

Şəbəkənin direktoru Fuad Məmmədovun verdiyi məlumata görə, işlər idarənin daxii imkaları hesabına aparılır. Bu küçədə işlər başa çatdıqdan sonra başqa küçələrdə abadlıq işlərinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti