...

SİTM may ayında regionda və dünyada cərəyan edən proseslərin ümumi yekunlarına dair hesabat açıqlayıb

Siyasət Materials 8 İyun 2006 16:06 (UTC +04:00)

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi may ayında regionda və dünyada cərəyan edən proseslərin ümumi yekunlarına dair hesabat açıqlayıb. Trend xəbər verir ki, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib.

Mübariz Əhmədoğlu İranın nüvə texnologiyaları ilə əlaqəli problemin ötən ay da dünya ictimaiyyətinin diqqətində qaldığını bildirib. Onun sözlərinə görə, İran prezidenti Mahmud Əhmədinejadın ABŞ prezidenti Corc Buşa ünvanladığı məktub problemin həllinə azacıq ümid yaratsa da, Iaşinqtonun reaksiyası prosesi əvvəlki qeyri-müəyyən müstəviyə qaytarıb. M.Əhmədoğlu mayda Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətlərinin intensivləşdiyinə də diqqət çəkib.

Cənubi Qafqazdakı proseslərə toxunan politoloq may ayında region dövlətləri ilə Avropa Birliyinin münasibətlərində soyuqluq yarandığını bildirib. O, bunu AB-nin "yeni qonşuluq" proqramı çərçivəsində region dövlətlərinin əməkdaşlığı gecikdirməsi ilə əlaqələndirib. Ötən ayın Azərbaycan üçün ən önəmli hadisəsi isə prezident İlham Əliyevin NATO Parlament Assambleyasının sessiyasında çıxışı olub. Ayın əhəmiyyətli hadisələri sırasında Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu sammitinin keçirilməsi, ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasına qəbul edilməsi, Azərbaycanın regional layihələrdə mövqeyinin güclənməsi və parlamentə təkrar seçkilərin keçirilməsi də yer alır.

M.Əhmədoğlu Qarabağ münaqişəsinin diqqətdən kənarda qalmadığını vurğulayıb: "May ayında Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz mövqeyini daha da sürətləndirmək kursunu götürüb".

Xəbər lenti

Xəbər lenti