...

Məşvərət Məclisi Naxçıvanda "Tarixi qurtuluşun Heydər Əliyev dövrü" mövzusunda elmi-praktik konfrans keçirib

Siyasət Materials 10 İyun 2006 11:04 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Naxçıvan Muxtar Respublikasında və digər bölgələrdə "Tarixi qurtuluşun Heydər Əliyev dövrü" mövzusunda silsilə tədbirlər keçirib. Bu barədə Trend ə Məşvərət Məclisinin (MM) sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bildirib ki, Məşvərət Məclisinə daxil olan partiya sədrləri Naxçıvanda üç gün ərzində Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçiriblər: "Şərur, Kəngərli rayonlarında Naxçıvan Dövlət Universitetində ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfranslar keçirdik".

M.Əlizadə onu da bildirib ki, Milli Qurtuluş Günü ilə bağlı Məşvərət Məclisinə daxil olan partiyalar paytaxtın müxtəlif təhsil ocaqlarında elmi-praktik konfranslar keçirməyi planlaşdırır: "Belə tədbirləri rayonlarda da planlaşdırmışıq".

Xəbər lenti

Xəbər lenti