...

BTC boru kəməri Chevron Exploration şirkətinin Xəzər regionundakı mövqeyini gücləndirir

Siyasət Materials 10 İyun 2006 12:42 (UTC +04:00)
BTC boru kəməri  Chevron Exploration şirkətinin Xəzər regionundakı mövqeyini gücləndirir

BTC boru kəməri - Amerikanın Chevron şirkəti üçün əsas strateji elementdir və bu layihə şirkətin Xəzər regionundakı mövqeyini gücləndirir. Trend in verdiyi xəbərə görə, bu barədə Chevron İnternational Exploration and Production şirkətinin prezidenti Con Vatson (John Watson) bildirib.

Chevron BTC-də 8.9% və "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə layihədə 10,3 %-ə malikdir. Chevron şirkətinin məlumatlarına görə, BTC-nin dəyəri 4,5 milyard dollar təşkil edir.

Chevron Asia şirkətinin başçısı Qay Hollinqsvorz (Guy Hollingsworth) deyib: "BTC boru kəməri regionda artan hasilatın nəqlində yeni mühüm əhəmiyyət kəsb edir".

Şirkətin press-relizində qeyd olunur ki, yeni boru kəməri Xəzər regionuna əhəmiyyətli gəlir gətirəcək. Sənəddə qeyd olunur: "Region neftinin ixracı üçün yeni tranzit xəttinin açılışı tranzit ölkələr üçün effektiv gəlir yaradacaq və Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələri gücləndirəcək".

Xəbərdə deyilir ki, iyunun 9-da BTC boru kəməri ilə nəql edilən və Türkiyənin Ceyhan limanından yüklənən neftin birinci partiyası dünya satış bazarlarına çatıb.

Xəbər lenti

Xəbər lenti