...

Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin uğurlu inkişafını Azərbaycan rəhbərliyinin siyasətilə əlaqələndirir

Siyasət Materials 16 İyun 2006 19:32 (UTC +04:00)
Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin uğurlu inkişafını Azərbaycan rəhbərliyinin siyasətilə əlaqələndirir

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya-Azərbaycan münsibətlərinin uğurlu inkişafı Azərbaycan rəhbərliyinin siyasəti sayəsindədir. Bu barədə, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, o bu gün Azərbaycan prezidenti İlham Əliyevlə işguzar görüşündə bildirib.

"Məmnunluqla qeyd edirik ki, bizim görüşlərimiz nəinki müntəzəm xarakter daşıyır, ikitərəfli əlaqələrimiz də yaxşı inkişaf edir" - deyə V.Putin vurğulayıb.

O deyib ki, iqtisadiyyat, humanitar və sair sahələrdə tərəqqi müşahidə olunur. "Azərbaycan rəhbərliyinin yürütdüyü siyasi kurs da burada böyük rol oynayır" - deyə Rusiya prezidenti qeyd edib.

O deyib ki, iki ölkə kifayət qədər geniş əməkdaşlıq əlaqələri qurub."Bizim danışılası çox mövzumuz var" - deyə o əlavə edib.

Azərbaycanın dövlət başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, Rusiya onun ölkəsinin əsas tərəfdaşıdır. "Bizim üçün Rusiya ilə əlaqələr prioritet xarakter daşıyır və bərabərhüquqluq, mehriban qonşuluq və tərəfdaşlığa əsaslanır" - deyə o bildirib. "Biz münasibətlərin inkişaf dinamikasından razıyıq" - deyə prezident əlavə edib.

"Biz əlaqələrin inkişafından məmnunuq. Həm siyasətdə, həm də iqtisadiyyatda müsbət irəliləyiş müşahidə olunur. Mal dövriyyəsini artıq iki dəfə artırmışıq. İndi humanitar sahədə iki dəfə artırılmış nəticələri iki dəfə artırmaq lazımdır" - deyə İ.Əliyev bildirib.

O, həmçinin Vladimir Putinı məlumatlandırıb ki, ilin əvvəlində Azərbaycanda iki lider tərəfindən açılmış Rusiya ili uğurla keçirilir.

Xəbər lenti

Xəbər lenti