...

Azərbaycan prezidenti ATƏT-in baş katibini qəbul edib

Siyasət Materials 19 İyun 2006 17:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Bakıda ATƏT-in baş katibi Mark Perren de Brişambonu qəbul edib.

O, dövlət başçısını İslam Konfransı Təşkilatının (İKT) 33-cü sessiyasının Bakıda keçirilməsi münasibətilə təbrik edib və əlavə edib ki, bu, Azərbaycanın beynəlxalq proseslərdə yaxından iştirak etdiyini göstərir.

İ.Əliyev deyib ki, sessiyanın Bakıda keçirilməsi və ölkənin İKT-də sədirlik etməsi Azərbaycan üçün beynəlxalq və regional əməkdaşlıq baxımından önəmlidir. Dövlət başçısı həmçinin ölkənin müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini və Azərbaycanın çoxvektorlu xarici siyasətinin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti