...

Asim Mollazadə Fransanın Qaçqınlar və Məcburi Köçkünlərin Müdafiəsi Departamentinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 19 İyun 2006 18:27 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə iyunun 19-da Fransanın Qaçqınlar və Məcburi Köçkünlərin Müdafiəsi Departamentinin Şərqi Avropa və keçmiş SSRİ regionu üzrə əməkdaşları Elza Qadebski və Mari Rexerlə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Ermənistanla Azərbaycan arasındakı münaqişə, bu münaqişənin həlli yolları, Azərbaycanda qaçqın və məcburi köçkün problemi, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyət və Azərbaycanın Avroatlantik məkana inteqrasiyası əsas müzakirə mövzuları olub. Asim Mollazadə qonaqlara Demokratik İslahatlar Partiyası barədə də ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti