...

Azərbaycan prezidenti hərbi qulluqçuların əmək haqlarını artırıb

Siyasət Materials 23 İyun 2006 10:50 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Milli Ordu Günü ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki əməkdaşlarının əmək haqlarının artırılması haqqında sərəncam verib. Müddətli xidmət keçən qulluqçular istisna olmaqla nazirliyin dövlət büdcəsindən maliyyələşdirilən strukturlarında qulluq edən hərbi qulluqçular və mülki şəxslərin əmək haqları iyulun 1-dən 100% artıb.

Azərbaycanın Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn bütün məsələləri həll etmək tapşırılır.

Prezident bir sıra hərbi qulluqçuları orden və medallarla da təltif edib. Bir çox hərbi qulluqçuya hərbi rütbələr verilib.

Xəbər lenti

Xəbər lenti