...

Metyu Brayza: Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Çərçivə sazişi danışıqların gündəliyindədir

Siyasət Materials 23 İyun 2006 14:10 (UTC +04:00)
Metyu Brayza: Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Çərçivə sazişi danışıqların gündəliyindədir

Hazırda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri "Çərçivə sazişinin" bəndlərini müzakriə edirlər. Bu sazişə əsasən erməni hərbi birləşmələri Azərbaycan ərazisini azad etməlidir. Trend in "Azadlıq" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

"Bu saziş Ermənistan və Azərbaycan arasındakı münasibətləri normallaşdırmağa və onlar arasında iqtisadi əlaqəni bərpa etməyə imkan verəcək", - deyə M.Brayza qeyd edib. Bu sənəddə sülhməramlı qüvvələrin yerləşdirilməsi, Qarabağ bölgəsinə beynəlxalq iqtisadi dəstəyin ayrılması və başqa məsələlər öz əksini tapıb. Son mərhələdə Dağlıq Qarabağın gələcək statusu barədə referendumun keçirilməsi nəzərdə tutulur.

M.Brayza həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini "çərçivə sazişini" qəbul etməyə çağırırlar. Onun sözlərinə görə, bunun üçün "böyük siyasi cəsarət" tələb olunur.

Qeyd edək ki, iyunun 22-də Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatın Daimi şurasının üzvləri ilə görüşü baş tutub. Görüşdə danışıq prosesinin gedişatı barədə hesabat da təqdim olunub.

Xəbər lenti

Xəbər lenti