Milli Məclis tərəfindən yaradılan işçi qrupu Ailə Məcəlləsinin monitorinqini aparır. Bu barədə Trend ə Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasından bildiriblər.
İşçi qrupunda parlamentin sosial qanunvericilik şöbəsinin mütəxəssisləri də təmsil olunur. Ailə Məcəlləsində monitorinqin aparılmasında məqsəd qanundakı boşluqlar və bir-birinə zidd olan müddəaları üzə çıxarmaqdır. Belə hallar üzə çıxarılarsa sənədə əlavə və dəyişikliklər ediləcək və parlamentin payız sessiyasında yenidən müzakirəyə təqdim ediləcək.
İşçi qrupuna sosial siyasət məsələləri daimi komissiyasının üzvü Əkrəm Abdullayev rəhbərlik edir. Onu da bildirək ki, Milli Məclisin digər komissiyaları tərəfindən də bəzi qanunvericilik aktlarında monitorinqlərin aparılması nəzərdə tutulub.