...

Azərbaycan Səhiyyə Nazirliyi Bakıda Diamed özəl tibb müəssisəsinin fəaliyyətini dayandırdı

Siyasət Materials 28 İyun 2006 17:45 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Bakıda Diamed özəl tibb müəssisəsinin fəaliyyətini dayandırdı

"Hepatit C" virusuna yoluxmuş iki xəstənin Bakı şəhərində fəaliyyət göstərən 10 özəl tibb müəssisəsinin laboratoriyalarında aparılmış analizləri müxtəlif olub. Trend in Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Diamed özəl klinikada keçirilən reydin nəticələrinə görə ciddi çatışmazlıqlar aşkar olunub. Klinikanın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr. 54 ünvanında və Mingəçevir şəhərindəki filialları liseziyasız fəaliyyət göstərirdilər. Akademik H.Əliyev 101 ünvanında tibb fəaliyyəti ilə yanaşı Dövlət Sanitariya Nəzarəti Orqanları ilə razılaşdırmadan tikinti işləri aparılır və bu zaman sanitariya- əksepidemik rejim tam təmin edilmir. Laborator müayinələrin aparılması üçün nəzərdə tutulmuş bir çox reaktivlərin istifadə müddətinin bitməsinə baxmayaraq, onlar hesabdan silinməyib və istifadəyə yararlı reaktivlərlə birlikdə saxlanılır. Fəaliyyət müddətində müayinə və müalicə üçün istifadə edilən tibb avadanlıqlarına Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin rəy
i alınmayıb. Eyni zamanda yoxlama komissiyasının işinə maneəçilik törədərək, tələb olunan sənədlər təqdim edilməyib.

Qeyd olunan nöqsanları nəzərə alaraq, "Diamed" özəl tibb müəssisəsinin 29 iyun 2006-cı il tarixdən fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunub. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra özəl tibb müəssisəsinin yenidən fəaliyyətə başlanması məsələsinə baxıla bilər.

Hazırda digər özəl tibb müəssisələrində yoxlamalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti