...

İlyas İsmayılov: "Seçki komissiyalarında təmsil olunmağın tərəfdarıyıq"

Siyasət Materials 29 İyun 2006 16:13 (UTC +04:00)

"Biz seçkilərin boykot olunmasının tərəfdarı deyilik". Bu fikirləri Trend ə açıqlamsında Ədalət Partiyasının sədri İlyas İsmayılov qarşıdan gələn bələdiyyə seçkilərinə dair mövqeyini açıqlayarkən bildirib.

O, qeyd edib ki, Ədalət Partiyası bu il oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. İlyas İsmayılov həmçinin bildirib ki, Ədalət Partiyası seçki komissiyalarında da təmsil olunmaq istəyir. Onun sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil olunub-olunmaması sentyabr ayında - parlamentin payız sessiyasında məlum olacaq: "Biz MSK-da Ədalət Partiyasına yer verilməsini istəyirik. Əgər yer versələr, öz nümayəndəmizi təyin edəcəyik. Ümumiyyətlə Ədalət Partiyası seçki komissiyalarında təmsil olunmağın tərəfdarıdır. Biz seçkiləri boykot etmədiyimiz üçün seçki komissiyalarında təmsilçiliyi də boykot etməyəcəyik".

İ.İsmayılov Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsinə münasibət bildirərkən qeyd edib ki, hər partiyanın özünün müstəqil qərarına hörmətlə yanaşır və başqa partiyaların daxili işlərinə müdaxilə etmir.

Xəbər lenti

Xəbər lenti