...

Jan Furje: "Azərbaycan NATO ilə əməkdaşlıq məsələsində doğru yoldadır"

Siyasət Materials 3 İyul 2006 14:25 (UTC +04:00)
Jan Furje: "Azərbaycan NATO ilə əməkdaşlıq məsələsində doğru yoldadır"

NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq Proqramının fəaliyyət planı proqramları çərçivəsində rəsmi Bakının yürütdüyü siyasət təqdirəlayiqdir. Bu barədə iyulun 3-də jurnalistlərlə söhbətində NATO baş katibinin müavini Jan Furje bildirib.

Onun sözlərinə görə, bu, əməkdaşlığın həm siyasi, həm də iqtisadi sahələrinə aiddir. "Mən bu proqram çərçivəsində işlərin bütün detallarını aça bilmərəm. Ancaq qeyd edə bilərəm ki, Azərbaycan doğru yoldadır", - deyə J.Furje vurğulayıb. O, Azərbaycan rəhbərliyini bu istiqamtdə uğurlu işləri davam etdirməyə çağırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə baş katibin müavini qeyd edib ki, Şimali Atlantik Alyansı dünyanın bütün böhranlı regionlarında vəziyyəti diqqətlə izləyir. "Ancaq NATO Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak etmir. Bu məsələ ilə digər təşkilatlar məşğul olur", - deyə J.Furje sonda bildirib.

Xəbər lenti

Xəbər lenti