...

Sabir Hacıyev: "Avropa Şurası tərəfindən Azərbaycanda aparılan monitorinqin dayandırılması asan proses deyil"

Siyasət Materials 4 İyul 2006 13:46 (UTC +04:00)

Avropa Şurası tərəfindən Azərbaycanda aparılan monitorinqin dayandırılması asan proses deyil. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev bildirib.

Millət vəkili qeyd edib ki, Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olan bütün dövlətlərdə monitorinq aparılır: "Monitorinq uzunmüddətli bir prosesditr. MDB-yə daxil olan dövlətlərin heç birinin üzərindən monitorinq götürülməyib. Türkiyənin özü də 40 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Amma onun üzərindən monitoriq bir il bundan əvvəl götürülüb".

S.Hacıyev onu da vurğulayıb ki, AŞPA-ya üzv olan hansısa dövlətin üzərindən monitorinqin götürülməsi ilə bağlı məsələ qaldırılsa belə, məsələnin müsbət yöndə həllinə inanmaq çətindir: "Çünki Avropa Şurası tərəfindən monitorinqlərin dayandırılması prosesi o qədər də asan deyil".

Xəbər lenti

Xəbər lenti