...

Azərbaycan Gürcüstanı ən vacib strateji tərəfdaş hesab edir

Siyasət Materials 5 İyul 2006 15:41 (UTC +04:00)
Azərbaycan Gürcüstanı ən vacib strateji tərəfdaş hesab edir

Azərbaycan həmişə Gürcüstanı region və dünyada ən vacib strateji tərəfdaş hesab edib və hesab etməkdədir. Trend agentliyinin məlumatına əsasən, bu barədə Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstanlı həmkarı Zurab Noqaideli ilə görüşündə bildirib.

Onun sözlərinə görə, tərəflər GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. "Azərbaycan iqtisadi inkişafda yüksək göstəricilər əldə edib, 2006-cı ildə ÜDM 2005-ci ilə nisbətən 40% artıb, 2005-ci ildə isə artım 26% təşkil edib" - deyə o bildirib.

A.Rəsizadə deyib ki, ilin sonuna qədər Azərbaycanda qazla təmin olunmayan rayon qalmayacaq. "Son 2,5 ildə ölkədə 400 min iş yeri açılıb ki, bu da Azərbaycanın sosial siyasətinə uyğundur. Dövlət Ermənistanla müharibə vəziyyətində olduğu üçün hərbi tikintiyə böyük diqqət ayırır" - deyə o vurğulayıb.

Baş nazirin dediklərinə görə, ötən illə müqayisədə bu il ölkənin hərbi büdcəsi 2,3 dəfə artıb. "Dağlıq Qarabağ problemi ən böyük problem olaraq qalır və Azərbaycan bunu sülh yolu ilə həll etmək istəyir" - deyə A.Rəsizadə qeyd edib.

Azərbaycanın baş naziri deyib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür edir.

Gürcüstanın baş naziri isə bildirib ki, 2005-ci ildə iki ölkə arasında mal dövriyyəsi artımı 72% təşkil edib və bu artım davam etdiriləcək. "Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi - iki ölkə arasında energetika sektorunda yeni mərhələdir. Qazaxıstanın BTC kəmərinə qoşulması neft qiymətlərinə münasibətdə sabitləşdirici amildir" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti