...

Güney Azərbaycanda yaşayan soydaşlarımız avqustun 22-də Savalan dağına yürüş edəcək

Siyasət Materials 7 İyul 2006 14:58 (UTC +04:00)

Güney Azərbaycanda yaşayan soydaşlarımız avqustun 22-də Savalan dağına yürüş edəcək. Trend xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Hərəkatı (GAMH) Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirib.

C.Bayoğlu vurğulayıb ki, 2002-ci ildə soydaşlarımızın Bəzz qalasına yürüşündən sonra Savalan dağına yürüş keçirilib: "O vaxtdan belə qərara alındı ki, hər il avqustun 22-də Savalan dağına yürüş edilsin. Məqsəd bu yürüşlə də birliyimizi nümayiş etdirməkdir". C.Bayoğlu onu da bildirib ki, Savalan dağına yürüşə hazırlıqla bağlı GAMH Müdafiə Komitəsində müzakirələr aparılır.

GAMH Müdafiə Komitəsinin sədri onu da əlavə edib ki, iyulun 9-da Bəzz qalasına yenidən yürüşün ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.

Xəbər lenti

Xəbər lenti