...

Yaponiya XİN başçısının müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 10 İyul 2006 17:01 (UTC +04:00)

Yaponiya xarici işlər nazirinin müavini xanım Yamanaka iyulun 13-15-də Bakıya səfər etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən xəbər veriblər.

Səfər proqramı çərçivəsində Azərbaycan rəhbərliyinin nümayəndələri, eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərin keçirilməsi nəzərdə tutulur. Danışıqlarda ikitərəfli qarşılıqlı fəaliyyətin səviyyəsi və inkişaf perspektivləri gözdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti