İndoneziya Milli Mandat Partiyasının sədri, deputat Amiyeb Məhəmmədin iyul ayında Azərbaycana səfəri planlaşdırılıb. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Trend ə bildirdiyinə görə A.Məhəmməd Azərbaycana gəlmək qərarını bir neçə ay bundan öncə Moskvada keçirilən Vətənpərvər Partiyaların III konqresində verib.
A.Məhəmmədin Azərbaycana səfərinin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə yaxından tanış olmaqdır.
Qeyd edək ki, A.Məhəmməd 1998-2004-cü illərdə İndoneziya parlamentinin sədri olub. A.Məhəmməd Azərbaycana böyük nümayəndə heyəti ilə gəlməyi planlaşdırıb. Onun Azərbaycanda dövlət rəsmiləri, partiya sədrləri və QHT rəhbərləri ilə görüşlər keçirəcəyi də istisna olunmur.