...

Azərba ycan GUAM ölkələri Gənclər Forumu toplantılarının Bakıda keçirilməsinə hazırdır

Siyasət Materials 11 İyul 2006 13:54 (UTC +04:00)

Azərba ycan GUAM ölkələri Gənclər Forumu toplantılarının Bakıda keçirilməsinə hazırdır. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədov onu da qeyd edib ki, bununla bağlı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə İşçi Komitəsi də yaradılacaq: "Azərbaycan tərəfi bəyan edib ki, GUAM ölkələri Gənclər Forumunun istənilən tədbirinin Bakıda keçirilməsinə razıdır". F.Məmmədov onu da vurğulayıb ki, sentyabr-oktyabr aylarında GUAM ölkələri Gənclər Forumu Konqresinin Bakıda ilk toplantısı planlaşdırılıb.

Konqresin toplantısında təşkilatın strukturlarına seçkilərin keçirilməsi, seçkili orqanların müəyyənləşdirilməsi və mərkəzi ofisin GUAM-a daxil olan ölkələrin hansında yerləşməsi məsələsinin də müzakirəsi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti