...

Salyanda taxıl biçini davam edir

Siyasət Materials 13 İyul 2006 16:44 (UTC +04:00)

Xeyli vaxtdır ki, Salyanda taxıl biçininə başlnıb. Torpaq mülkiyyətçilərinin birgə səyi ilə ötən ilin payızında 17 min 559 hektarda taxıl əkilib. Sahələrə vaxtında aqrotexniki qaydada qulluq edildiyindən bol məhsul hasilə gətirilib. Biçimdən əvvəl lazımi tədbirlər də görülüb. Biçin zamanı rayonda postsovet dövründən qalma 59 kombayndan 37-si işlək vəziyyətdfdir.

Bundan başqa, 4 ədə kombayn aqrolizinq xətti ilə, Yaponiya hökumətinin qrantı hesabına alınmış daha 6 ədəb kombayn zəmilərə çıxarılıb. Hazırda minbir əzab-əziyyətlə yetirilmiş məhsulu itkisiz və vaxtında yığmaq üçün bütüün qüvvələr səfərbər olunub. Bununla belə, bəzi kəndlərdə texnika çatışmazlığı da özünü göstərir. Bütövlüklə iyunun 26-a kimi 15 min 200 hektar sahənin taxılı biçilib.

Hələlik taxıl sahələrindən 42 388 tona yaxın taxıl istehsal edilib.

Xəbər lenti

Xəbər lenti