...

İyulun 21-də AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

Siyasət Materials 14 İyul 2006 12:12 (UTC +04:00)
İyulun 21-də AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

İyulun 21-də Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gələcək.

Bu barədə Trend ə eksklüziv olaraq Piter Semnebinin özü bildirib.

Səfər zamanı diplomat Azərbaycanın siyasi liderləri ilə görüşəcək. Avropa Qonşuluq Siyasəti Təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri görüşlərdə əsas müzakirə mövzusu olacaq.

"Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycanla bağlı Fəaliyyət Planı hazırda AB-nin diqqət obyektidir",- deyə P.Semnebi bəyan edib. Avropa Qonşuluq Siyasəti ilə bağlı danışıqlar başa çatmaq üzrə olduğundan AQS üzrə Fəaliyyət Planının siyasi aspektləri müzakirə olunacaq.

P.Semnebi qeyd edib ki, azərbaycanlı həmkarlarla Bakıya əvvəlki səfəri zamanı diqqət mərkəzində olan bütün məsələlərin müzakirəsini də davam etdirmək istərdi.

Xəbər lenti

Xəbər lenti