...

Konsul Qüdsi Osmanov: "Sankt-Peterburq şəhərində Heydər Əliyev adına Təhsil və Mədəniyyət Mərkəzi yaradılır"

Siyasət Materials 14 İyul 2006 14:19 (UTC +04:00)
Konsul Qüdsi Osmanov: "Sankt-Peterburq şəhərində Heydər Əliyev adına Təhsil və Mədəniyyət Mərkəzi yaradılır"

Rusiyanın Sankt-Peterburq şəhərində Heydər Əliyev adına Təhsil və Mədəniyyət Mərkəzi yaradılır. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, Sankt-Peterburqun rəhbərliyi şəhərin mərkəzi hissəsi olan Smolnıda sahəsi 5 min kvadrat mert olan ərazini Heydər Əliyev adına Təhsil və Mədəniyyət Mərkəzi üçün ayırıb. Hazırda ərazidəki bina ilə bağlı sənədləşmə prosesi gedir: "Hesab edirəm ki, bu qərar Sankt-Peterburq şəhər rəhbərliyi tərəfindən burada yaşayan azərbaycanlılara edilən ən böyük tövfə oldu. Sankt-Peterburq Şəhər Administrasiyasında dövlət əmlakının ayrılması üzrə Komissiyanın rəhbəri dünən bununla bağlı rəy verib. Rəydə yazılıb: "Heydər Əliyev Rusiya-Azərbaycan əlaqələrinin rəmzidir. Heydər Əliyev adına Təhsil və Mədəniyyət ocağının yaradılması üçün bina ayrılması Sankt-Peterburq rəhbərliyi üçün böyük şərəfdir". Bu sözlərlə dünən Komissiya sədri çıxış edib. Təhsil və Mədəniyyət Mərkəzində Sankt-Peterburqda yaşayan 300 minə yaxın azərbaycanlının övladları təhsil alacaq, həmçinin yerli sakinlər də burada təhsil ala biləcəklər".

Konsul bildirib ki, Heydər Əliyev adına Təhsil və Mədəniyyət Mərkəzinin yaradılmasına yaxın bir ay ərzində qərar verilib. Mərkəzin açılması Sankt-Peterburq şəhər rəhbərliyinin, Azərbaycanın Baş Konsulluğunun və Sankt-Peterburqda yaşayan Azərbaycan diasporunun birgə təşəbbüsüdür. Azərbaycan dövləti isə bu təşəbbüsü dəstəkləyib.

Qüdsi Osmanovun sözlərinə görə, yaxın bir il ərzində həmin bina təmir olunub, tam hazır vəziyyətə gətiriləcək. Bundan sonra Mərkəz fəaliyyətə başlyacaq. Konsul bildirib ki, bina həm də şəhərin mərkəz hissəsində olan müsəlmanlara məxsus məscidin yaxınlığında yerləşir.

Xəbər lenti

Xəbər lenti