Dövlət Statistika Komitəsi (DSK) inflyasiyanın hesablanması üsulunu təkmilləşdirmək üçün BVF-nın texniki yardımından imitna edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, DSK sədri Arif Vəliyev bugünkü mətbuat konfransında bildirib.
"Biz BVF-dən texniki yardım deyil, beynəlxalq standartlara əsaslanan istehlak qiymətləri indeksinin (İQİ) hesablanması üsuslunu qiymətləndirməyi xahiş etmişik. Bu isə İQİ-nin bir sıra dövlətlərdə tədbiq olunan üçüncü hesablanma üsuluna keçid planları ilə bağlıdır" - deyə DSK sədri qeyd edib.
Hazırda bu indeks iki üsul əsasında hesablanır (birində inflyasiyanın səviyyəsi süni olaraq azaldılır, ikincisində isə çoxaldılır), üçüncu üsulda isə əvvəlki iki üsulla hesablanmış qiymətlərin ortaqlaşdırılmasını nəzərdə tutur.
BVF-nın texniki ekspertinin səfəri zamanı DSK-ya mal dövriyyəsi əsasında hesablama aparmaq tövsiyə olunub, Azərbaycan mütəxəssisləri isə ölkə əhalisinin sayına əsaslanır. Onların üsulu məqbul deyil, çünki mal dövriyəsinin 50%-i paytaxtın, qalan hissəsi isə rayonların payına düşür. Paytaxtdan kənarda yaşayan əhalinin hamısı ərzaq məhsullarına pul vermədiyi üçün mal dövriyyəsi aşağıdır. Digər tərəfdən İQİ-nin belə hesablanma üsulu Azərbayan üçün ona görə məqbul deyil ki, inflyasiyanın hesablanması zamanı əhalinin aldığı məhsullar nəzərə alınır. Bakıda kompüter, maşın və mebel alan çoxlu sayda xarici müəssisə və təşkilatlar, o cümlədən fiziki şəxslər olduğundan paytaxtda mal dövriyəsi rayonlara nisbətən yüksək olur. Halbuki İQİ-nin hesablanması zamanı Bakıda yaşayan əhalinin sayından çıxış edərək bütün ölkə əhalisinin 25% -i (2,1 mln.) götürülür.
İstənilən halda BVF ilə DSK-nin üsulu arasında fərq kiçikdir - 0,1-0,2%.
A.Vəliyev həmçinin əsasında İQİ-nin hesablandığı mallar siyahısının genişləndirilməsi mümkünlüyünü istisna etmir. Əvvəllər 380 mal qrupu nəzərə alınırdı, indi isə bu rəqəm 585 təşkil edir. Gələcəkdə bu siyahı 1000-nə qədər genişləndirilə bilər. O, bu hesablama üsulunu düzgün hesab edir. İnflyasiyaya təsir göstərən bir sıra məhsulların qiymətlərinin xeyli artmasına baxmayaraq, il yarım ərzində inflyasiya 6% təşkil edib. Ətin qiyməti - 22-25%, yumurta - 15%, şəkər tozu - 31%, soğan - 41% artıb.