...

Azərbaycan və Gürcüstan əlavə qazın satışı barədə hələ razılığa gəlməyiblər

Siyasət Materials 18 İyul 2006 17:20 (UTC +04:00)
Azərbaycan və Gürcüstan əlavə qazın satışı barədə hələ razılığa gəlməyiblər

Hazırda əlavə Azərbaycan qazının Gürcüstana satış həcmi və onun qiyməti haqqında razılıq yoxdur. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün ölkənin sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"İndi belə razılıq ola bilməz. Bu razılıq yalnız danışıqlar prosesi zamanı əldə oluna bilər", - deyə o qeyd edib.

"Hazırda Azərbaycan hələ gələn il üçün yanacaq-energetika balansını tərtib etməyib və hələ qeyri-müəyyən amillər mövcuddur. Onlara Azərbaycan Dövlət Neft Şirkətinin qaz hasilatı həcmi daxildir", - deyə nazir bildirib.

Bu, ARDNŞ-in qaz hasilatını artırmaq üçün hansı tədbirlər görəcəyinə aiddir. "Onlar indi müəyyən olunur. Bu istiqamətdə böyük mindarda sərmayələr qoyulur. Onlar ARDNŞ-in şəxsi qaz hasilatının artırılması, yeni quyuların qazılması üçün nəzərdə tutulub", - deyə nazir bildirib.

Bundan başqa, digər amilləri də - Azərbaycan beynəlxalq əməliyyat şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından Azərbaycana verilən səmt qazının həcmi, Azərbaycanın "Şahdəniz" yatağından alacağı qazın həcmi, rus qazının idxal həcmini də müəyyən etmək lazımdır.

Nazir qeyd edib ki, bütün bu göstəricilər müəyyən olunduqdan sonra qazın Gürcüstana satışı barədə qərar qəbul etmək olar.

Xəbər lenti

Xəbər lenti