...

Qeyri-neft sektorunun inkişafı – Azərbaycanda həyata keçirilən proqramların əsas məqsədidir

Siyasət Materials 27 İyul 2006 15:18 (UTC +04:00)
Qeyri-neft sektorunun inkişafı – Azərbaycanda həyata keçirilən proqramların əsas məqsədidir

Azərbaycan Milli Bankında Beynəlxalq maliyyə korporasiyasının "Özəl sektorun inkişafında tərəfdaşlıq" proqramı çərçivəsində "Azərbaycanda ipoteka mənzil kreditinin ilkin bazarının təhlili" mövzusunda regional hesabatın təqdimat mərasimi keçirilib.

AMB-nin baş direktoru Rüfət Aslanlının təqdimat mərasimində bildirdiyi kimi, qeyri-neft sektorunun inkişafı hökümət tərəfindən həyata keçirilən proqramların əsas məqsədidir. Bununla əlaqədar bankların institusional inkişafı, onların kapitallaşmasının gücləndirilməsi daha aktualdır və əsas aspekt maliyyə xidmətləri spektrinin genişləndirilməsidir. Və ipoteka kreditinin inkişafı tamamilə aktualdır.

"İlkin nəticələr göstərir ki, ipoteka mənzil maliyyələşməsi yalnız bazarların, iqtisadi potensialın inkişafına yardım etmir, həm də əhalinin sosial təbəqələri üçün çıxış imkanını genişləndirir", - deyə R.Aslanlı qeyd edib.

Onun fikrincə, BMK-nın tədqiqatları 2005-ci ilin vəziyyətinin məlumatları əsasında keçirilib, lakin 2006-cı ildə bu istiqamətdə ciddi dəyişikliklər baş verib: normativ-hüquqi baza yaradılıb, büdcə vəsaitləri hesabına ipoteka kreditləri verilməyə başlayıb.

BMK-nın keçmiş sosialist ölkələrində mənzil maliyyələşməsi sahəsində texniki yardım proqramının rəhbəri Yelena Klepikova hesabatı təqdim edərək qeyd edib ki, tədqiqatlardakı məlumatlar dialoqun başlanğıcı olacaq. Onlar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanı əhatə edib.

Diaqnostik tədqiqatın əsas məqsədi Mərkəzi Asiya ölkələrində mənzil maliyyələşməsi sisteminin təhlilinin keçirilməsi, bölgədə ipoteka mənzil kreditinin ilkin bazarının formalaşmasına mane olan problemlərin aşkar edilməsi, sistemin yaradılması üzrə tövsiyyələrin hazırlanmasından ibarətdir.

"Bu, bazarların harmonizasiyası nöqteyi-nəzərindən mühüm layihədir və imkandan istifadə edərək, bazarlara qarşılıqlı satın almaları təmin etmək üçün lazım olan sıx əlaqəni təşkil etmək yaxşı olardı", - deyə Yelena Klepikova qeyd edib.

Tədqiqatların nəticələrinə görə BMK mənzil maliyyələşməsi bazarının cari vəziyyəti haqqında hesabat, bazar haqqında ilkin statistika və məlumatın icmalı, sistemin yaradılması üzrə tədbirlər planını tərtib edib. Proqram rəhbərinin sözlərinə görə, hazırda təklif olunmuş tövsiyyələr üzrə layihənin işini davam etdirmək üçün maliyyə axtarışı aparılır.

Bu gün ölkənin dövlət və özəl sektoruna ilkin hesabat təqdim olunub, BMK sonradan bölgə üzrə tədqiqatın ümumi nəticələrini təqdim etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti