Bir qrup qeyri-hökumət təşkilatı, millət vəkili və ictimai xadim tərəfindən Hərbi Qanunvericiliyin Təkmilləşdirilməsi üzrə Təşəbbüs Mərkəzi (HQTTM) yaradılıb. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatından (QAT) məlumat verilib.
Mərkəzin məqsədi hərbi quruculuq sahəsində köklü islahatların keçirilməsi, orduya ictimai nəzarətin təşkili və hərbi qulluqçuların sosial-hüquq müdafiəsinin gücləndirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir. Mərkəz eyni zamanda peşəkar ordunun yaradılması, korrupsiyaya qarşı mübarizənin təşkili, hüqiqi hərbi xidmətə çağırışın təkmilləşdirilməsi, əsgər yeməyinin milliləşdirilməsi, hərbçilərin mənzil problemlərinin həlli və digər mühüm məsələlərin ictimai müzakirəyə çıxarılmasını nəzərdə tutur. Mərkəz Milli Məclisin payız sessiyasında qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün bir neçə sənəd layihəsi üzərində işlərə başlayıb.