...

Gürcüstan XİN başçısının birinci müavini Azərbaycan səfiri ilə görüşüb

Siyasət Materials 1 Avqust 2006 16:20 (UTC +04:00)

Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili Azərbaycan, ÇXR, Ermənistan və Ukraynanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfirləri, o cümlədən Qazaxıstanın müvəqqəti işlər müvəkkili ilə görüşüb.

Trend in Qruziya Online-na istinadən xəbər verdiyi kimi, görüşdə Kodori dərəsində aparılan antikriminal əməliyyat və burada nəzərdə tutulmuş reabilitasiya planları müzakirə mövzusu olub.

Valeri Çeçelaşvili vurğulayıb ki, Kodori dərəsində konstitusiya hüququnun müəyyən edilməsi məqsədilə aparılan əməliyyat heç bir halda de-fakto tanınmış Abxaziya hökumətinin nəzarət etdiyi əraziyə keçməyəcək.

Nazir müavininin sözlərinə görə, əməliyyatın əsas mərhələsinin uğurla başa çatması münaqişə zonasında sabitliyin bərqərar olmasına və abxaz separatçılarının maraqlarına daxil olan sülhyartma prosesinin inkişafına şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti