...

Azərbaycan prezidenti "Dövlət əmlakının reyestri haqqında" qanunun təkmilləşdirilməsinə dair fərman verib

Siyasət Materials 3 Avqust 2006 12:23 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev "Dövlət əmlakının reyestri haqqında" Azərbaycan Respublikası qanununun tətbiqinin təmin olunması və bu qanuna bir sıra əlavə və dəyişikliklərin edilməsinə dair fərman imzalayıb.

Dövlət başçısı bu fərmanla Nazirlər Kabinetinə "Dövlət əmlakının reyestri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bir ay ərzində bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər hazırlamağı tapşırıb.

Nazirlər Kabinetinə, həmçinin, "Torpaq islahatları haqqında", "Avtomobil yolları haqqında" qanunlara və "İnzibati cəza məcəlləsi"nə əlavələrin edilməsinə dair təkliflər hazırlamaq tapşırılır.

Xəbər lenti

Xəbər lenti