...

AMİP bələdiyyə seçkilərində daha şanslı namizədi dəstəkləyəcək

Siyasət Materials 4 Avqust 2006 13:24 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktybrın 6-da bələdiyyələrə keçiriləcək təkrar seçkilərdə heç bir partiya ilə əməkdaşlıq etməyəcək. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.

AMİP sədri qeyd edib ki, əslində buna ehtiyac yoxdur: "Lakin rəhbərlik səviyyəsində biz namizədlərimizə tapşırıq vermişik ki, namizəd olduqları seçki dairələrində şanslı olana dəstək versinlər. Bu şəxs digər partiyanın namizədi ola bilər".

A.Rüstəmov onu da vurğulayıb ki, bu tapşırıq yalnız paytaxtdan kənarda keçirilən seçkilərə şamil ediləcək: "Əzizbəyov və Binəqədi rayonları üzrə keçirilən bələdiyyə seçkilərində konkret namizədimiz var".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının son məlumatına görə AMİP-dən 23 namizəd qeydə alınıb. AMİP bu məsələləri gündəmdə saxlamaq və məşğul olmaq məqsədilə bələdiyyələrlə iş üzrə yeni katib postunu formalaşdırıb ki, bu vəzifəni də Elşən Mustafayev yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti