...

MSK sədri: "Ölkə prezidentinin seçkinin demokratik keçirilməsinə dair siyasi iradəsi göz qabağındadır"

Siyasət Materials 7 Avqust 2006 18:52 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 7-də kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirib. Trend in məlumatına görə, MK sədri bələdiyyə seçkiləri ilə əlaqədar bəzi açıqlamalar verib, seçkinin artıq arxada qalan namizədlərin qeydəalınma mərhələsi barədə danışıb.

M.Pənahovun sözlərinə görə, seçkidə namizədliyini irəli sürmüş şəxslərin qeydə alınmaması faizi çox aşağıdır və qeydəalınma mərhələsi çox yaxşı keçib. O bildirib ki, qeydə alınmış namizədlərlə bağlı məlumatlar MSK-ya daxil olmaqda davam edir və yaxın günlərdə yekun rəqəm məlum olacaq.

MSK sədri seçici siyahılarının hazırlanmasına da toxunub, qeyd edib ki, Azərbaycanda bu iş yüksək səviyyədə və dəqiqliklə aparılır. Səsvermə gününə 35 gün qalmışadək siyahıların dəqiqləşdirilməsi prosesi davam etdiriləcək. Sonra seçki məntəqələrində siyahılar asılacaq.

M.Pənahov seçkinin demokratik keçirilməsindən də danışıb, bildirib ki, buna ölkə rəhbərliyinin siyasi iradəsi təminat verir: "Azərbaycan prezidentinin seçkinin demokratik keçirilməsinə dair siyasi iradəsi göz qabağındadır. Ötən parlament seçkisində də əksəriyyətin səslərini qazanan şəxslər deputat seçildilər. Hesab edirəm ki, dövlət başçısının belə mühüm məsələlərdə siyasi iradə nümayiş etdirməsi çox ciddi məsələdir"-deyə MSK sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti