...

Azərbaycanın XİN başçısı İsveçdə görüşlər keçirir

Siyasət Materials 8 Avqust 2006 12:46 (UTC +04:00)

Avqustun 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsveç səfərinin rəsmi hissəsi başlandı. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat mərkəzindən bildiriblər.

Bir gün əvvəl Stokholma gəlmiş nazir artıq Upsalı Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornellə görüşüb. Avqustun 8-də İsveçin xarici siyasət idarəsinin başçısı Yan Eliassonla (BMT Baş Assambleyasının fəaliyyətdə olan sədri) danışıqlar nəzərdə tutulub. Həmçinin nazir ATƏT-in Parlament Assambleyasının bu yaxınlarda təyin edilmiş sədri, Qarabağ problemi üzrə məruzəçi Qoran Lenmarkerlə də görüşəcək.

Stokholma üçgünlük səfər proqramına Azərbaycan XİN başçısının parlamentdə, bir sıra nazirlik və idarələrdə, həmçinin şirkətlərdə keçirəcəyi görüşlər də daxildir.

Xəbər lenti

Xəbər lenti