...

Təxminən 50 azərbaycanlı qadın uşaqlarının sənədi olmadığından Livandan çıxa bilmir

Siyasət Materials 8 Avqust 2006 14:43 (UTC +04:00)

Təxminən 50 azərbaycanlı qadın Livandan evakuasiya edilmək istəyir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub xəbər verib.

Onun sözlərinə görə, bu qadınların uşaqlarının şəxsiyyət vəsiqəsi problemi var, ona görə də onlar Livandan çıxa bilmirlər. Diplomat narazılığını bildirib ki, onlar indiyədək uşaqlar üçün sənəd ala bilmədiklərinə görə evakuasiya problemi ilə qarşılaşırlar. Bununla yanaşı, konsul əlavə edib ki, Suriya və Türkiyə pasportu olmayan Livan qaçqınlarını 3 sutka üçün öz ərazilərinə buraxır, lakin onların uşaqlarının pasportu olmadığından onlar geri qayıtmalı olurlar.

Azərbaycanın Livana göstərdiyi humanitar yardıma gəlincə, N.Qassub qeyd edib ki, yardım hələ Beyruta çatdırılmayıb. Bunun səbəbi sərhədlərdə davam edən blokada və sərhədə qədər 1 km ərazidə kommunikasiyanın olmamasıdır.

Xəbər lenti

Xəbər lenti