...

Azərbaycan prezidenti "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" SC-in fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb

Siyasət Materials 11 Avqust 2006 12:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin (SC) fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

İqtisadi İnkişaf Nazirliyinə (İİN) səhmdar cəmiyyətlərin fəaliyyətinin təmin edilməsi, onların xidmət göstərdikləri ərazilərdə istehlakçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və sərf olunmuş elektrik enerjisinin dəyərinin ödəniş səviyyəsinin artırılması ilə bağlı zəruri tədbirlər həyata keçirmək həvalə olunub. İİN-ə səhmdar cəmiyyətlərin yeni nizamnamələrini təsdiq edib dövlət qeydiyyatına alınmasını təmin etmək, idarə heyətlərinin və müşahidə şuralarının sədrlərini və üzvlərini təyin etmək, SC kapitalında dövlətə məxsus səhmlərin saxlanılmasını və onların idarə olunmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının İİN və Sənaye və Energetika Nazirliyinin iştirakı ilə "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin "Azərenerji" ASC ilə qarşılıqlı fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı təkliflərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti