...

MDB-nin növbəti zirvə görüşü noyabrda Minskdə keçiriləcək

Siyasət Materials 11 Avqust 2006 17:08 (UTC +04:00)
MDB-nin növbəti zirvə görüşü noyabrda Minskdə keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və vaxtı müəyyənləşdirilib. Bu barədə İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun bildirib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, onun sözlərinə görə, MDB-nin zirvə görüşü və MDB Dövlət Başçıları və Xarici İşlər Nazirləri Şuralarının növbəti iclası noyabrda Minskdə keçiriləcək.

"Dövlət Başçıları Şurasında hələlik 21 məsələyə baxmaq ehtimal olunur" - deyə o bildirib. Xüsusilə, MDB-nin səmərəliyi və onun inkişaf perspektivləri haqqında Yüksək Səviyyə Qrupu tərəfindən hazırlanmış məruzəni dinləmək planlaşdırılır. Digər vacib məsələlər arasında MDB ölkələrinin humanitar əməkdaşlıq şurası haqqında sazişin müzakirəsi və dövlət başçılarının qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın fəallaşdırılması haqqında bəyanatın qəbulu qeyd olunub.

Baş Nazirlər Şurasında 32 məsələni nəzərdən keçirmək ehtimal olunur. 22 məsələ yüksək hazırlıq dərəcəsinə malikdir və müzakirəsiz nəzərdən keçiriləcək. Xarici İşlər Nazirləri Şurasının gündəliyinə 24 məsələ daxil edilib.

Qarkun deyib ki, qarşıdakı zirvə görüşü MDB-nin 15 illiyi ərəfəsində, Rusiya prezidentinin təklifilə MDB ili elan olunmuş 2006-cı ildə keçiriləcək.

Əvvəl MDB zirvə görüşünün mayda keçirilməsi planlaşdırılırdı, sonra isə təqribi tarix kimi sentyabrın ortaları nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti