2005-ci ilin avqust ayında işıq üzü görən "Heydər Əliyev və ordu quruculuğu" adlı kitab Azərbaycanın Silahlı Qüvvələrinə hədiyyə edilib. Bu barədə Trend ə Azərbaycanın hərbi prokurorunun köməkçisi Əfrahim Təhməzov məlumat verib.
Ə.Təhməzovun sözlərinə görə, 1993-2000-ci illər ərzində Azərbaycanın ordu quruculuğundakı proseslərdən bəhs edən nəşrin redaktoru hərbi prokuror Xanlar Vəliyevdir.
"Kitaba mərhum Prezident Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər, ordu ilə bağlı çıxışları öz əksini tapıb. 500-dən artıq nüsxə ilə nəşr olunmuş kitab hazırda hərbi hissələrə paylanılır. Kitab hərbi qulluqçular tərəfindən maraqla qarşılanır" - deyə Ə.Təhməzov söyləyiib.