...

Polad Bülbüloğlu: Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin iclası vacibdir

Siyasət Materials 14 Avqust 2006 19:24 (UTC +04:00)
Polad Bülbüloğlu: Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin iclası vacibdir

"Dağlıq Qarabağ məsələsinin həlli bizim gündəlik işimizdir və bu gün Azərbaycan prezidenti İlham Əliyev bununla əlaqədar konkret göstərişlər verib". Bunu Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu avqustun 14-də Bakıda Azərbaycanın diplomatik missiya rəhbərlərinin növbəti iclasında iştirakını şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, dövlət başçısı Azərbaycanın xarici siyasətinin əsas konturlarını cızıb və gündəlik işlərinin bunun çərçivəsində qurulacağını deyib. P.Bülbül oğlunun sözlərinə görə, prezident diplomatik missiyaların çalışdığı ölkələrdə qeyri-hökumət təşkilatları ilə işləməyin və onlara Azərbaycanın mövqeyinin izah edilməsinin vacibliyini qeyd edib.

Səfir belə konfransların keçirilməsini çox vacib hesab edir. "Prezident öz çıxışı zamanı hər bir səfir qarşısında məqsəd qoyub və səfirlər öz gələcək fəaliyyətlərində bu tezislərdən istifadə edəcək" - deyə P.Bülbül oğlü bildirib. O əlavə edib ki, səfirlər bir neçə gün ərzində Azərbaycan nazirlik və idarələrinin rəhbərlərilə görüşmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti