...

Azərbaycanın baş naziri avqustun 16-da Gürcüstana yola düşəcək

Siyasət Materials 15 Avqust 2006 15:11 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rəsizadənin başçılığı ilə nümayəndə heyəti Gürcüstan-Azərbaycan hökümətlərarası komissiyanın iclasında iştirak etmək üçün avqustun 16-da Batumiyə yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev xəbər verib. O qeyd edib ki, iclas çərçivəsində ikitərəfli iqtisadi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda komissiyanın Azərbaycan hissəsinin yeni tərkibi təsdiq edilib. Bura maliyyə, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, ekologiya və təbii ehtiyatlar, mədəniyyət və turizm, təhsil nazirləri, Dövlət Gömrük Komitəsinin, Xarici ölkələrdə yaşayan azərbaycanlılarlı iş üzrə Dövlət Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Ticari-sənaye palatasının nümayəndələri, eləcə də xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev və Nazirlər Kabineti aparatının bölgələrarası iqtisadi əlaqələr şöbəsinin mü diri Kamal İsmayılzadə daxil olub.

Azərbaycan nümayəndə heyətinin Gürcüstan səfəri avqustun 18-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti