Bələdiyyə seçkilərində iştirak edən namizədlərin sayı 4615 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən şəxslərdən 4638 nəfərin namizədliyi qeydə alınmışdı. Qeydəalınma prosesi başa çatdıqdan sonra Bakının Nardaran qəsəbəsində bələdiyyə seçkiləri təxirə salındığından həmin dairədən olan 11 nəfərin də namizədliyi ləğv edildi. 12 nəfər isə namizədliyini geri götürüb. Beləliklə, hazırda seçki marafonunda 4615 nəfər namizəd iştirak edir.